Azərbaycanda bank depozitləri 27% artıb

Azərbaycanda bank depozitləri 27% artıb
# 25 iyun 2012 09:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2012-ci ilin mayın 1-nə 9 870,0 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 081,2 mln. manat və ya 26,7% artıb. Eyni zamanda, aprel ayında depozitlərin həcmi 73,5 mln. manat və ya 0,8% artıb.

Depozitlərin tərkibində 4 338,8 mln. manat və ya 44,0% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi son bir ildə 980,1 mln. manat və ya 29,2%, o cümlədən apreldə 39,9 mln. manat və ya 0,9% artıb.

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi mayın 1-nə 5 531,2 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 1 101,0 mln. manat və ya 24,9% artıb. Aprel ayında isə 33,7 mlın. manat və ya 0,6%-lik artım baş verib.

Hüquqi şəxslərin depozitlərinin strukturunda 2 479,9 mln. manat və ya 44,8% maliyyə təşkilatlarının depozitləri, 3 051,3 mln. manat və ya 55,2% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşüb.

Göründüyü kimi, bank depozitlərinin tərkibində hüquqi şəxslərin payı daha yüksəkdir. Eyni zamanda son bir ildə əmanətlərin payında 0,9 faiz bəndi, ötən ilin əvvəli ilə müqayisədə isə 4,3 faiz bəndi səviyyəsində artım müşahidə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR