İspaniya Avropa Birliyindən maliyyə yardımı istəyib

İspaniya Avropa Birliyindən maliyyə yardımı istəyib
# 25 iyun 2012 13:29 (UTC +04:00)
Bakı – APA-Economics. İspaniya hökuməti öz banklarının təkrar kapitallaşması üçün Avropa Birliyindən (AB) rəsmən maliyyə yardımı istəyib.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, Madrid AB-dən 100 mlrd. avro vəsait ayrılmasını xahiş edib.

Qeyd edək ki, İspaniyanın bank sektoru daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsindən daha çox zərər çəkib. Avrozonada ən yüksək (24%) işsizlik səviyyəsi məhz bu ölkədə qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR