Azərbaycanda könüllü avtomobil sığortası üzrə yığımların həcmi 38% artıb

Azərbaycanda könüllü avtomobil sığortası üzrə yığımların həcmi 38% artıb
# 26 iyun 2012 08:54 (UTC +04:00)
«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə avto-qəza hadisələrinə (könüllü sığorta növləri üzrə) görə verilən ödənişlərin həcmi 50% artaraq 8,668 mln. manata çatıb.

Bundan başqa, cari ilin yanvar-may aylarında «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə daxilolmaların həcmi 29,001 mln. manat olub ki, bu da analoji növ üzrə əvvəlki ilin müvafiq göstəricisindən 15 dəfə çox olub. Son bir il ərzində isə icbari avtomobil sığorta üzrə ödənişlər 41% artaraq 482 min manat təşkil edib.

Qeyd edək ki, könüllü avtomobil sığortası üzrə toplanan yığımların bazar üzrə məcmu sığorta haqlarında xüsusi çəkisi 15%, icbari avtomobil sığortası növünün payı isə 20% təşkil edib.

Aparılan araşdırmada məlum olub ki, bazarda avtomobil sığortası üzrə ən çox yığımı «AXA MBASK», «Atəşgah sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» Beynəlxalq Sığorta Şirkətinin payına düşüb.

Xatırladaq ki, 2011-ci ilin yanvar-may aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 144,703 mln. manat ödənişlərin həcmi isə 32,945 mln. manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR