Gələn həftə Bakıda «Biznesdə insan kapitalı və liderlik problemləri» mövzusunda forum keçiriləcək

Gələn həftə Bakıda «Biznesdə insan kapitalı və liderlik problemləri» mövzusunda forum keçiriləcək
# 26 iyun 2012 11:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Bu ilin iyul ayının 4-də Bakıda «Biznesdə insan kapitalı və liderlik problemləri» mövzusunda forum keçiriləcək.

Azərbaycan Bank Tədris Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, forumun məqsədi iştirakçılarla birlikdə bütün bizneslər üçün çox vacib olan insan kapitalı və liderlik problemlərinin həlli üzrə ABŞ, Avropa, Yaponiya, Türkiyə təcrübələrinin Azərbaycan şəraitində tətbiqi imkanlarını müzakirə etmək, təcrübə və məlumat mübadiləsi aparmaqdan ibarətdir.

Forumda Azərbaycanda fəaliyyət göstərən bütün bizneslərin rəhbərləri və insan resurslarının idarə edilməsinə görə məsul menecerlər iştirak edəcək.

Qeyd edək ki, forum Azərbaycan Bank Tədris Mərkəzi və Türkiyənin «Yapı Kredi Bank Akademiyası»nın təşkilatçılığı ilə baş tutacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR