«ABB-Moskva» broker fəaliyyəti üçün lisenziya alıb

«ABB-Moskva» broker fəaliyyəti üçün lisenziya alıb
# 27 iyun 2012 07:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Rusiyanın Maliyyə bazarları üzrə Federal Xidmətinin qərarı ilə Azərbaycan Beynəlxalq Bankının RF-də törəmə bankı olan «ABB-Moskva»ya qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi broker fəaliyyəti və qiymətli kağızların etibarlı idarə edilməsi üzrə lisenziya verilib. Bu barədə «APA-Economics»ə Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən məlumat verilib.

«ABB-Moskva»nın İnvestisiyalar və fərdi kapitalla iş Departamentinin direktoru, «Prestige Club private banking»in rəhbəri Fəqan Nağıyev bu qərarı Bank üçün mühüm hadisə kimi qiymətləndirib və qeyd edib ki, lisenziyanın alınması müştərilərə broker xidmətləri, qiymətli kağızların etibarlı idarə edilməsi və digər investment-banking xidmətlərinin göstərilməsinə imkan verəcək. «Hazırda bu istiqamətlərdə yeni bank məhsullarının hazırlanması üzrə aktiv iş gedir», - deyə F.Nağıyev bildirib.

Qeyd edək ki, «ABB-Moskva» 100% Azərbaycan Beynəlxalq Bankının törəmə bankı kimi 2002-ci ildə yaradılıb. «ABB-Moskva»nın Moskva, Sankt-Peterburq və Yekaterinburqda filial və şöbələri var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR