Rusiya platin yatağının müqabilində Zimbabveyə vertolyot təklif edib

Rusiya platin yatağının müqabilində Zimbabveyə vertolyot təklif edib
# 27 iyun 2012 08:55 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiya Afrikanın ən böyük platin yataqlarından birinin işlənməsi layihəsində “Rostexnologiyalar” şirkətinin iştirakına dair Zimbabve ilə danışıqlara başlayıb.

APA-Economics”in “Kommersant”a istinadən xəbərinə görə, “Darvendeyl” yatağı ilə bağlı danışıqlar uğurla başa çatarsa, Rusiya bunun müqabilində Zimbabveyə hərbi vertolyotlar verəcək.

Qeyd edək ki, “Darvendeyl” yatağı Afrikanın ikinci ən böyük platin yatağıdır. Yatağın təsdiqlənmiş platin ehtiyatlarının həcmi 19 ton, digər metallar (qızıl, nikel, mis) nəzərə alınmaqla ümumi ehtiyatı isə 755 tondur.

Zimbabve platin və xrom ehtiyatlarına görə CAR-dan sonra ikinci yeri tutsa da, qonşu ölkədən dəfələrlə kasıb yaşayır. 1980-ci ildən ölkəyə rəhbərlik edən Robert Muqabenin iqtisadi islahatları ölkədə inflyasiyanı kəskin həddə çatdırıb. Nəticədə əhalinin 90%-i hələ də işsizdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR