Azərbaycan bank sistemində müxbir hesablardakı vəsaitlər azalıb

Azərbaycan bank sistemində müxbir hesablardakı vəsaitlər azalıb
# 27 iyun 2012 09:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivlərinin həcmi 2012-ci il mayın 1-nə 14 741,92 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bank aktivləri ötən ilin mayın əvvəli ilə müqayisədə 1,990 mlrd. manat və ya 15,6%, o cümlədən bu ilin aprelində 56,02 mln. manat və ya 0,4% artıb:




Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi mayın 1-nə 9 260,4 mln. manat (xüsusi çəkisi 62,8%), müxbir hesablar 1 505,8 mln. manat (10,2%), investisiyaların həcmi 1 302,6 mln. manat (8,8%), nağd vəsaitlər 610,3 mln. manat (4,1%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 557,9 mln. manat (3,8%), digər aktivlər isə 1 504,9 mln. manat (10,3%) təşkil edib.

Kommersiya banklarının passivlərinin 85,4%-i öhdəliklərin payına düşür. Belə ki, bank öhdəliklərinin həcmi 12 586,9 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 7 093,7 mln. manat depozitlər, 4 445,1 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 1 048,1 mln. manat isə digər öhdəliklərin payına düşür. Bankların məcmu kapitalı 2012-ci il mayın 1-nə 2 155,0 mln. manata bərabər olub.

Qeyd edək ki, aylıq müqayisədə müxbir hesablardakı vəsaitlər nəzərə çarpan dərəcədə (130 mln. manat və ya 8%) azalıb. Aktivlərin digər komponentləri isə aprel ayında ya artıb, ya azalma çox kiçik rəqəmlə ifadə olunur. Müxbir hesablardakı vəsaitlərin azalması isə tendensiya xarakteri daşımır, çünki bu növ aktivlər ən çevik aktivlər sayılır və onlar üzrə daim əməliyyatlar aparılır. Məsələn, bu ilin yanvar ayında burada 354 mln. manatlıq azalma baş verib, lakin fevralda 300 mln. manatlıq artım müşahidə olunub. Bu səbəbdən aktivlərin tendensiyalı dəyişmələri ilk növbədə kreditlərlə bağlı olur, burada isə aylıq və illik artım müşahidə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR