Nazir: “Portuqaliya Azərbaycandan sərmayə cəlb etmək niyyətindədir”

Nazir: “Portuqaliya Azərbaycandan sərmayə cəlb etmək niyyətindədir”
# 27 iyun 2012 09:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA. Portuqaliya Azərbaycandan sərmayə cəlb etmək niyyətindədir. “APA-Economics”in xəbərinə görə, bu bəyanatla Bakıda səfərdə olan Portuqaliyanın xarici işlər naziri Paolo Portaş çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan və Portuqaliya dost ölkələrdir: “Təəssüf olsun ki, ikitərəfli ticarət dövriyyəsi aşağı səviyyədədir. Səfərimin məqsədi siyasi və iqtisadi əlaqələrin gücləndirilməsinə təkan vermək, Portuqaliyadan Azərbaycana ixracı dəstəkləmək, eyni zamanda Portuqaliyaya Azərbaycandan sərmayə cəlb etməkdir”.

Bakıda keçirilən Azərbaycan-Portuqaliya biznes-forumunun məhz bu məqsədə xidmət etdiyini deyən nazir hər iki ölkənin şirkətlərinin bir-birinin bazarında iştirakını təmin etməyə, bununla da qarşılıqlı ticarət dövriyyəsini artırmağa çalışacaqlarını vurğulayıb: “Görəcəyimiz işlər çoxdur. İnanıram ki, iqtisadi əlaqələrimiz getdikcə dərinləşəcək”.

P.Portaş qeyd edib ki, ötən il Portuqaliya bərpa olunan enerji, təhsil texnologiyaları, infrastruktur, kənd təsərrüfatı və əczaçılıq kimi sahələri inkişaf etdirib: “Azərbaycan şirkətlərini bu sahələrə cəlb etmək niyyətindəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR