Azərbaycan və Portuqaliya ticarət dövriyyəsini artırmaq niyyətindədir

Azərbaycan və Portuqaliya ticarət dövriyyəsini artırmaq niyyətindədir
# 27 iyun 2012 09:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA. Azərbaycan və Portuqaliya ticarət dövriyyəsini artırmaq niyyətindədir. “APA-Economics”in xəbərinə görə, bu barədə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan artıq xarici ölkələrə birbaşa investisiya yatıran ölkəyə çevrilib: “Güman edirəm ki, Azərbaycan şirkətlərinin Portuqaliyaya marağı artacaq və onlar investisiya baxımından cəlbedici sahələrə sərmayələr yatıracaq”.

N.Səfərov qeyd edib ki, hazırda iki ölkə arasında mövcud olan ticarət qənaətbəxş səviyyədə deyil: “Lakin bu göstəriciləri artırmağa potensial mövcuddur. Əminəm ki, Bakıda keçirilən Azərbaycan-Portuqaliya biznes-forumu iqtisadi-ticarət əlaqələrinin inkişafına, o cümlədən ticarət dövriyyəsinin artmasına təkan verəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR