Çin Latın Amerikası ölkələrinə 10 mlrd. dollar kredit təklif edib

Çin Latın Amerikası ölkələrinə 10 mlrd. dollar kredit təklif edib
# 27 iyun 2012 11:44 (UTC +04:00)
Bakı – APA-Economics. Çinin baş naziri Ven Tszyabao Latın Amerikası ölkələrində infrastruktur layihələrini dəstəkləmək üçün 10 mlrd. dollarlıq kredit xəttinin açılmasını təklif edib.

APA-Economics”in “BBC News”a istinadən xəbərinə görə, Latın Amerikası ölkələrinə altı günlük səfərinin sonunda baş nazir sənaye sahəsinin inkişafı üçün xüsusi fond yaradılmasını da məqsədəuyğun sayıb.

V.Tszyabao səfərinə Çilinin paytaxtı Santyaqoda yekun vurub. Burada o, Çili prezidenti Sebastyan Pineyro ilə 11 sənədə imza atıb. Tərəflər 201-ci ildə ticarət dövriyyəsinin həcmini iki dəfə artıraraq, 60 mlrd. dollara çatdırmaq barədə razılığa gəliblər. ümumilikdə isə Çin yaxın beş il ərzində Latın Amerikası ölkələri ilə ticarət dövriyyəsinin həcmini 400 mlrd. dollara çatdırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR