Londonda «Fərdi müştəri: Rusiya və MDB» adlı konfrans keçiriləcək

Londonda «Fərdi müştəri: Rusiya və MDB» adlı konfrans keçiriləcək
# 27 iyun 2012 12:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin oktyabrın 2-4-də Londonda «Adam Smith Conferencies»in təşkilatçılığı ilə «Fərdi müştəri: Rusiya və MDB» adlı konfrans keçiriləcək. «APA-Economics»in məlumatına görə, əsas mövzusu VİP-müştərilər ilə fəaliyyət və onların vəsaitlərinin idarə edilməsi məsələlərinə həsr olunan konfransda dünyanın aparıcı maliyyə qurumlarının mütəxəssisləri məruzələrlə çıxış edəcəklər.

Konfransda beynəlxalq vergi planlaşdırması, aktivlərin strukturlaşdırılması, varislik, məhkəmə mübahisələri, daşınar əmlakın əldə edilməsi mövzularında təqdimatlar keçirilicək. Bundan əlavə «VİP-investorlar üçün investisiya strategiyaları», «Ailə ofislərinin yaradılması», «VİP-müştərilərlə etibarlı münasibətlərin qurulması» və bu kimi mövzularda müzakirələr və dəyirmi masaların keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR