Azərbaycanda bank kreditlərinin 35%-i istehlak kreditləşməsinin payına düşür

Azərbaycanda bank kreditlərinin 35%-i istehlak kreditləşməsinin payına düşür
# 27 iyun 2012 13:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 2012-ci il mayın ayının 1-nə 10 463,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kreditlərin 34,6%-i ev təsərrüfatlarına verilib.

Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin payı 27,1%, inşaat və əmlak sahəsinin payı 8,6%, sənaye və istehsalın payı 5,8%, kənd təsərrüfatı və emal sektorunun payı 4,6%, nəqliyyat və rabitə sahəsinin payı 4,1%, energetika, kimya və təbii ehtiyatlar sahəsinin payı 2,4%, digər sahələrin payı isə 12,8% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR