Bakıda Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının iclası keçirilir - FOTOSESSİYA

Bakıda Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının iclası keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 28 iyun 2012 07:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda ticarət və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının I iclası başlayıb.

APA-Economics”in xəbərinə görə, Azərbaycan tərəfdən komissiyanın həmsədri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Estoniya tərəfdən isə iqtisadi əlaqələr və rabitə naziri Yuhan Partsdır.

Tədbirdə çıxış edən Ə.Abbasov iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini deyərək bildirib ki, tərəflər arasında mövcud olan yaxşı siyasi əlaqələr iqtisadi əlaqələri də inkişaf etdirəcək. Azərbaycanın iqtisadi inkişafından danışan nazir qeyd edib ki, ölkənin növbəti 8-10 ildə hədəfi ÜDM-i qeyri-neft sektorunun hesabına iki dəfə artırmaqdır.

Öz növbəsində Y.Parts Azərbaycan və Estoniya arasında münasibətlərin müsbət və qənaətbəxş olduğunu, regionda hər iki ölkənin maraqlarının üst-üstə düşdüyünü bildirib: “Regionda bir çox məsələlərdə mövqelərimizin üst-üstə düşməsi əlaqələrimizin genişlənməsinə səbəb olacaq. Hazırda ticarət dövriyyəsinin həcmi potensiala nisbətən aşağıdır, lakin biz bunu genişləndirmək niyyətindəyik”.

Azərbaycanın iqtisadi inkişafını yüksək qiymətləndirən Y.Parts bildirib ki, maliyyə böhranı dövründə Estoniya şirkətləri məhz bu regionda fəaliyyət göstərib: “Hazırda Avropadakı böhran Estoniya iqtisadiyyatına da təsir edib. Belə ki, Estoniyanın ticarət əlaqələrinin 80%-dən çoxu Avropa Birliyi ölkələri ilədir. Buna baxmayaraq, 2011-ci ildə ən yüksək iqtisadi artım Estoniyada qeydə alınıb. Belə ki, 2011-ci ildə Estoniyada ÜDM-in artım tempi 7,6% təşkil edib”.

Tədbirdə nəqliyyat, sənaye, İKT, maliyyə və digər sahələr üzrə iqtisadi əməkdaşlığın gələcək perspektivləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR