Azərbaycan Beynəlxalq Bankının aktivləri bu il 5-6 mlrd. manat civarında olacaq

Azərbaycan Beynəlxalq Bankının aktivləri bu il 5-6 mlrd. manat civarında olacaq
# 28 iyun 2012 08:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) məcmu aktivlərinin 2012-ci ilin sonuna kimi 5-6 mlrd. manata çatacağı proqnozlaşdırılır. Bunu «APA-Economics»ə açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

C.Hacıyevin sözlərinə görə, bankın aktivləri üzrə ilin sonunadək ciddi dəyişiklik gözlənilmir: «Aktivlər təxminən 5-6 mlrd. manat civarında olacaq. Digər göstəricilərlə bağlı proqnoz vermək hələlik tezdir. Çünki yaxın günlərdə bankın beynəlxalq audit hesabatı dərc olunacaq, bundan sonra hər hansı bir rəqəm üzrə proqnoz vermək mümkün olar».

Qeyd edək ki, cari ilin aprelin 1-nə ABB-nin aktivlərinin həcmi 5,229 mlrd. manat, kredit portfeli 3,120 mlrd. manat, depozit portfeli 2,763 mlrd. manat, məcmu kapitalı 419,286 mln. manat, o cümlədən nizamnamə kapitalı 240 mln. manat, gəlirləri 91,643 mln. manat, xərcləri 84,561 mln. manat, mənfəəti isə 7,082 mln. manat təşkil edib.

Xatırladaq ki, ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR