Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
# 28 iyun 2012 11:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 6,7 mln. manat və ya 0,3% artaraq 2012-ci ilin mayın 1-nə 2 509,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, aprel ayı ərzində xarici öhdəliklər 21,5 mln. manat və ya 0,8% azalıb:




Bankların məcmu xarici öhdəlikləri sonuncu dəfə ötən ilin noyabrında aylıq müqayisədə azalıb. Bu göstəricinin azalması banklar tərəfindən cari ödəmələrin aparılması nəticəsində baş verib və hələ tendensiya xarakteri almayıb. Hazırda bankların xarici öhdəliklərinin aktivlərə nisbəti 17%-ə bərabərdir ki, bu da digər ölkələrlə müqayisədə kiçik rəqəmdir.

Eyni zamanda, bankların məcmu xarici aktivlərin həcmi 2012-ci ilin mayın 1-nə 2 280,7 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 452,9 mln. manat və ya 24,8% çoxdur. Aprel ayı ərzində isə 128,0 mln. manat və ya 6,0%-lik artım müşahidə olunub.

Göründüyü kimi, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında 229,2 mln. manatlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 3 dəfə azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR