Azərbaycan-Estoniya hökumətlərarası komissiyasının növbəti iclası gələn il Tallinndə keçiriləcək

Azərbaycan-Estoniya hökumətlərarası komissiyasının növbəti iclası gələn il Tallinndə keçiriləcək
# 28 iyun 2012 11:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda keçirilən ticarət və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya hökumətlərarası komissiyasının I iclasının yekunlarına dair protokol imzalanıb.

«APA-Economics»in məlumatına görə, protokolu komissiyanın həmsədrləri - Azərbaycan tərəfindən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Estoniya tərəfindən isə bu ölkənin iqtisadi əlaqələr və rabitə naziri Yuhan Parts imzalayıblar.

Protokolda iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətin intensivləşdirilməsi, o cümlədən maliyyə, sənaye, nəqliyyat, gömrük, kənd təsərrüfatı, İKT, vergi və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri əksini tapıb.

Eyni zamanda iclasda hökumətlərarası komissiyanın iclasının bundan sonra ildə bir dəfə keçirilməsi və növbəti iclasın 2013-cü ilin ikinci yarısında Tallinn şəhərində təşkil olunması barədə razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR