«NBC Bank» biznes kreditləri üzrə yeni şərtlər təklif edir

«NBC Bank» biznes kreditləri üzrə yeni şərtlər təklif edir
# 28 iyun 2012 12:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC biznes kreditləri üzrə yeni şərtlər təklif edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kiçik biznes kreditləri üçün maksimal məbləğ 10 min manat (dollar/avro) ola bilər. Burada 5000 manata (dollar/avro) qədər olan kreditlər girovsuz, 7500 manata (dollar/avro) qədər olan kreditlər isə müsbət kredit tarixçəsi olan müştərilər üçün girovsuz təqdim olunur.

Bununla yanaşı bankın təkrar müştərilərinə eksklüziv olaraq 24 ay müddətinə 10 min manata qədər kreditlər də illik 15,8-18,2%-lə girovsuz verilir.

Orta biznes kreditlərinin məbləği isə 10 001-500 000 manat (dollar/avro) təşkil ola bilər. Kredit girov əsasında 36 ay müddətinə, illik 10-15,8%-lə təklif olunur.

«Girovlu kiçik və orta biznes kreditləri üçün üçüncü şəxslərin zəmanəti şərt deyil. Girovsuz biznes kreditləri üçün əlavə təminat qismində iş yerindən arayış tələb olunmaqla və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir zamin mütləqdir», - deyə bankdan bildirilib.

Qeyd edək ki, bank tərəfindən təqdim olunan kiçik və orta biznes kreditləri ticarət, xidmət, istehsal, nəqliyyat, kənd təsərrüfatı, tikinti və emal sahələrində fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulub.

Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR