«Meqa Sığorta» şirkəti 7 yeni regional filial açıb

«Meqa Sığorta» şirkəti 7 yeni regional filial açıb
# 28 iyun 2012 15:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Meqa Sığorta» şirkətinin Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, habelə Masallı, Xaçmaz, Zaqatala və Ağsu rayonlarında filialları fəaliyyətə başlayıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filial şəbəkəsinin sayının artırılmasında məqsəd müştərilərə daha yaxın və keyfiyyətli xidmət göstərməkdir.
Qeyd edək ki, «Meqa Sığorta» ASC 2010-cu ilin oktyabr ayının 1-dən fəaliyyət göstərir. Cari ilin iyunun 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib. Şirkət hazırda 28 könüllü və 3 icbari növ üzrə fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR