«Kapital Bank» «Cash by Code» xidmətinin tətbiqinə başlayıb

«Kapital Bank» «Cash by Code» xidmətinin tətbiqinə başlayıb
# 29 iyun 2012 08:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC «Cash by Code» xidmətinin tətbiqinə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmət bankın ödəniş kart sahibləri üçün bankomat vasitəsilə ödəniş kartı olmayan şəxslərə vəsait göndərmək imkanı yaradır.

«Cash by Code» xidmətindən istifadə etmək üçün kart sahibi kartı bankomata daxil edir, menyuda «Cash by Code» bölməsini seçir, göndəriləcək məbləği və vəsaiti alan şəxsin mobil telefonunun nömrəsini daxil edir. Bankomat iki hissədən ibarət olan kodu formalaşdırır. Kodun birinci hissəsi ATM vasitəsilə çap edilir, ikinci hissəsi isə vəsaiti alan şəxsin mobil telefonuna SMS vasitəsilə göndərilir. Vəsaitin əldə edilməsi üçün kodun hər iki hissəsi bankomata daxil edilməlidir. Bunun üçün, göndərən şəxs kodun birinci hissəsini vəsaiti alan şəxsə göndərir və alan şəxs heç bir plastik karta ehtiyac olmadan kodu sadəcə bankomata daxil edərək vəsaiti əldə edir. Kod 24 saat ərzində aktiv olur.

Xatırladaq ki, hazırda ölkə üzrə «Kapital Bank»ın 450 bankomatı var. Hansı regionda yerləşməsindən asılı olmayaraq bu bankomatların hər birində «Cash by Code» xidmətindən istifadə etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR