Bakıda mikromaliyyə mütəxəssisləri üçün təlim keçiriləcək

Bakıda mikromaliyyə mütəxəssisləri üçün təlim keçiriləcək
# 29 iyun 2012 09:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İyul ayının 9-11-də Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu (SBFIC) ilə birlikdə «Mikromaliyyə institutları üçün menecment simulyasiya oyunu» adlı təlim təşkil edəcək.

AMA-dan «APA-Economics»ə verilən məlumata görə, Alman hökuməti tərəfindən maliyyələşdirilən (80%) təlim ölkədə mikro-maliyyə institutlarının bilik və bacarığını artırmaq və bütövlükdə bu sektoru gücləndirmək məqsədi daşıyır.

Təlimdə iştirakçılar mikro-maliyyə institutlarına nəzarət məsələlərinə cavabdeh olacaq, mikro-maliyyə institutlarını qurmalı, regionlardakı filiallarla və müştərilərlə əlaqə saxlamalı və nəhayət, bazarda öz yerlərini tutmaq üçün bir sıra risklərlə qarşılaşmalı olacaqlar.

Təlim, peşə simulyasiya oyunu yeni inkişaf etdirilmiş, tamamilə kompyuterləşdirilmiş proqrama əsaslanır. Bu təlimdə bir neçə rəqabət aparan qruplar əsl rəqabət mühiti yaradacaqlar. İştirakçılar özlərindən komanda təşkil edəcəklər. Bəzi raundlar onlara öz strategiyalarını inkişaf etdirmək və sınaqdan keçirmək imkanı verəcək. Təlimdə orta menecment heyəti - departament rəhbərləri, filial menecerləri, baş kredit mütəxəssisi və kredit menecerlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, təlimdə 20 nəfər iştirak edəcək, bir iştirakçı üçün ödəniş haqqı 150 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR