«Rabitəbank» 19 illiyini qeyd edir

«Rabitəbank» 19 illiyini qeyd edir
# 29 iyun 2012 11:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Sabah Azərbaycanın «Rabitəbank» ASC yaranmasının 19 ilini qeyd edəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 1993-cü ildə ixtisaslaşdırılmış bank kimi fəaliyyətə başlayan «Rabitəbank» tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirib və universal banka çevrilib. Hazırda bankın müştəriləri istehsalat, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələr və fərdi sahibkarlardır. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.

Fəaliyyət göstərdiyi 19 il ərzində bank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 18 filial, 2 şöbə və 1 nümayəndəlikdən ibarət filial şəbəkəsi yaradaraq Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Ağcabədi, Qax və Kürdəmir də daxil olmaqla ölkənin 14 regionunda təmsil olunub. Bankın baş idarəsi və filiallarında çalışan 400-dən çox əməkdaş bankın 46 minədək müştərisinə xidmət olunmasını təmin edir.

Beynəlxalq maliyyə strukturları ilə uğurlu əməkdaşlığı bankın şəffaflığının və beynəlxalq standartlara uyğunluğunun bariz göstəricisidir. 1997-ci ildən Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə başlayan əməkdaşlıq hazırda İslam İnkişaf Bankı (ICD), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə də davam etdirilir. İnkişaf maliyyə fondları ilə yanaşı, bank əlavə maliyyə vəsaitləri cəlb etmək məqsədilə ABŞ və Avropanın investisiya fondları və iri bankları ilə əməkdaşlıq edir. Beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlığın nəticəsi olaraq «Standard & Poor’s» reytinq şirkəti tərəfindən 2010-cu ildə aparılmış araşdırmanın nəticələrinə əsasən bank Azərbaycanın 5 ən şəffaf bankı siyahısına daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR