«Kapital Bank» nizamnamə kapitalını artırır

«Kapital Bank» nizamnamə kapitalını artırır
# 29 iyun 2012 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Kapital Bank» ASC-nin adi sənədli adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 10 manat, sayı 1 mln. ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir. Səhmlər kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 25% artaraq 50 mln. manata çatacaq.

Qeyd edək ki, «Kapital Bank» ASC 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir. Bu ilin aprel ayının 1-nə «Kapital Bank»ın aktivlərinin həcmi 1 226,9 mln. manat, kredit portfeli 832,619 mln. manat, depozit portfeli 419,481 mln. manat, məcmu kapitalı 86,918 mln. manat, nizamnamə kapitalı isə 40 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR