Azərbaycan Beynəlxalq Bankı artıq 114 min yeni pensiya kartı verib

Azərbaycan Beynəlxalq Bankı artıq 114 min yeni pensiya kartı verib
# 29 iyun 2012 12:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) 114,1 min yeni pensiya kartının verilməsini təmin edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən məlumat verilib.

ABB istifadə müddəti mart ayında başa çatmış kartların əvəzinə 39,4 mindən çox, istifadə müddəti aprel ayında başa çatmış kartların əvəzinə 62,8 mindən çox, istifadə müddəti may ayında başa çatmış kartların əvəzinə isə 11,9 min yeni pensiya kartı verib.

Bakı və Sumqayıtda yaşayan pensiyaçılara bank tərəfindən 101,2 min plastik kartın verilməsi təmin edilib, ölkənin rayonlarında isə təxminən 13 min kart verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR