Asiya İnkişaf Bankı məcburi köçürülmə ilə bağlı texniki yardım göstərməyə başlayıb

Asiya İnkişaf Bankı məcburi köçürülmə ilə bağlı texniki yardım göstərməyə başlayıb
# 29 iyun 2012 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya və Cənubi Qafqazdan olan üzv dövlətlərə məcburi köçürülmə ilə bağlı texniki yardım göstərməyə başlayıb.
AİB-in Azərbaycandakı daimi nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, bu yardımın əsas məqsədi məcburi köçürülmədə AİB və yerli idarəetmə metodları arasında boşluğu ayırd etmək, məcburi köçürülmənin planlaşdırılması və həyata keçirilməsində praktiki metodlar hazırlamaqdır. Daha yaxşı hazırlanmış plan və onun icrası ilə hökumət məcburi köçürülmə işini daha effektli, eyni zamanda köçürülməyə məruz qalmış insanları daha ədalətli kompensasiya ilə təchiz edə bilər.
«Məcburi köçürülməyə nəzarət Azərbaycan prezidentinin 15 fevral 2011-ci il tarixli fərmanına əsasən, Maliyyə Nazirliyinə həvalə olunub. Nazirlik texniki yardım üçün əlaqələndirici təşkilat kimi fəaliyyət göstərmək barədə razılıq verib və bu da həm nazirliyin, həm də layihənin icraedici təşkilatlarının ictimai maraq üçün istifadə olunan torpaq qiymətləndirilməsi və məcburi köçürülmə işinin idarə olunması potensialını gücləndirəcək», - deyə AİB-dən bildirilib.
Ötən gün AİB-in sosial inkişaf üzrə mütəxəssisi Xose Tibursio Nikolasın (Jose Tiburcio Nicolas) rəhbərlik etdiyi missiya Maliyyə Nazirliyi nəzdində yaradılmış məşvərət qrupu ilə görüşüb. Bu qrup AİB komandası və texniki yardım çərçivəsində təşkil edilmiş məcburi köçürülmə komandası ilə birgə işləmək üçün yaradılıb. Qrup tələb olunan fərman və torpaqların alınması və köçürülməsinin həyata keçirilməsi mexanizmləri haqqında qaydalarına hamilik edəcək və köçürülmənin qaydalara düzgün aparılmasına nəzarət edəcək. Texniki yardım 2013-cü ilin fevral ayında başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR