G-20 Avropa Birliyi sammitinin nəticələrini dəstəkləyir

G-20 Avropa Birliyi sammitinin nəticələrini dəstəkləyir
# 30 iyun 2012 10:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “Böyük 20-liyin” (G-20) maliyyə nazirləri Avropa Birliyinin (AB) iyunun 28-29-da Brüsseldə keçirilən sammitinin nəticələrini dəstəkləyir. “APA-Economics”in məlumatına görə, bu barədə G-20-nin rəsmi bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, avrozonaya daxil olan G-20-nin üzvləri avrozonanın sabitliyinin qorunmasına dair səylərini təsdiqləyib: “Sammitdə qəbul edilən avrozonada iqtisadi artımın stimullaşdırılmasına istiqamətlənən tədbirlər paketi Avropa Birliyinin inkişafı üçün vacib mərhələdir”.

Xatırladaq ki, sammitdə bir sıra ciddi qərarlar qəbul edilib. O cümlədən avrozona bankları üzrə vahid nəzarət mexanizminin yaradılması, problem bankların birbaşa təkrar kapitallaşması, problemli ölkələrin borc öhdəliklərinin Avropa Maliyyə Sabitliyi Fondu tərəfindən alınması və s. addımlar barədə qərarlar qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR