Azərbaycan əhalisi banklardan nağd dollar alışını 70% artırıb
22 avqust 2012 11:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ilin yanvar-iyun ayları ərzində banklar tərəfindən əhaliyə satılan nağd dollar kütləsinin həcmi 4 353 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 68,0% çoxdur.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda banklar tərəfindən əhalidən alınan nağd dolların həcmi son bir ildə 85,7% artaraq 1 443 mln. dollara çatıb.
Beləliklə, Azərbaycanda əhalinin nağd dollar alışı satışdan 3 dəfə çox olub. Azərbaycan əhalisinin nağd dolların alış həcminin yüksək olması, və ümumiyyətlə nağd dollarla əməliyyatlarının həcminin 1,7-1,9 dəfə artması bu valyutanın ölkə iqtisadiyyatında və pərakəndə hesablaşmalarda böyük rol oynadığını göstərir.
Qeyd edək ki, Azərbaycan əhalisi 2011-ci ildə banklardan orta hesabla hər ay 536,8 mln. nağd dollar alıb və 162,2 mln. dollar satıb. Bu ilin 6 ayı ərzində həmin göstəricilər müvafiq olaraq 725,5 mln. dollar və 240,5 mln. dollara bərabər olub.

Maliyyə
“Bank of Baku” qanvermə aksiyası keçirdi: “Qanında həyat var!” - FOTO
18:31
6 sentyabr 2024
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 1.5 mlrd. manata yaxınlaşıb
17:26
6 sentyabr 2024
Birbank Biznes yük gömrük bəyamnaməsi əməliyyatlarında yeni həllər təqdim edir
13:46
6 sentyabr 2024
BDU-da fəaliyyətsiz tələbə yataqxanalarına görə işçilərə 280 min manat əmək haqqı ödənilib
13:11
6 sentyabr 2024