2024-cü ildə 230 layihəyə 2,2 mlrd. manat vəsait ayrılacaq

2024-cü ildə 230 layihəyə 2,2 mlrd. manat vəsait ayrılacaq
# 30 oktyabr 2023 14:49 (UTC +04:00)

2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu xərclərinin əhəmiyyətli hissəsinin keçid layihələrin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.

Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri hesabına növbəti ildə maliyyəşdirilməsi nəzərdə tutulan ümumi dəyəri 23594,1 mln. manat təşkil edən 230 layihə üzrə proqnozlaşdırılmış 2239,5 mln. manatın 155,4 mln. manatı 29 yeni layihə, 2084,1 mln. manatı isə 201 keçid layihə üzrə nəzərdə tutulmuşdu. Ümumi dəyəri 1854,0 mln. manat təşkil edən 110 layihənin 2024-cü ildə başa çatdırılması üçün 484,8 mln. manat vəsait proqnozlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Hesablama Palatasına təqdim edilmiş məlumatların təhlili göstərir ki, başa çatdırılmamış investisiya layihələri üzrə tələb olunan investisiya məbləği dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin həcmindən dəfələrlə çoxdur.

Qeyd edək ki, növbəti ilin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinin əhəmiyyətli hissəsinin keçid layihələrin maliyyələşdirilməsinə yönəldilməsi və aşağıda göstərildiyi kimi ilbəil xarici kreditlər hesabına həyata keçirilən layihələrin xüsusi çəkisinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərində artırılması nəzərdə tutulur.

Keçid layihələrin sayının və həcminin artması layihə obyektlərinin fiziki aşınması, layihələrin yenidən qiymətləndirilməsi, prioritetliyin itirilməsi və əlavə büdcə vəsaitinə tələbatın yaranması ilə bağlı riskləri formalaşdıra bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR