Məhkəmə ANS-in MTRŞ-ya qarşı iddiasını qismən təmin edib

Məhkəmə ANS-in MTRŞ-ya qarşı iddiasını qismən təmin edib
# 17 fevral 2016 10:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə – APA. Bu gün Səbail Rayon Məhkəməsində ANS Müstəqil Yayım Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə inzibatı işə baxılıb. ANS-in nümayəndəsi Yalçın Hacızadənin APA-ya verdiyi məlumata görə, məhkəmə onların iddiasını qismən təmin edib. Məhkəmə MTRŞ tərəfindən çıxarılan qərarın ləğv edilərək yenidən şuraya qaytarılması və baxılması barədə qərar qəbul edib.

Y. Hacızadə bildirib ki, şura televiziyanın reklam vaxtını pozmasını əsas gətirərək ANS-in cərimə olunması barədə qərar qəbul edib. Həmin qərarla razılaşmayan ANS Səbail rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsini istəyib. Lakin məhkəmə iddianı təmin etməyib. Bundan sonra, ANS apellyasiya şikayəti verib. Bakı Apelllyasiya məhkəmə şikayəti qismən təmin edərək işi yenidən Səbail rayon Məhkəməsinə qaytarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR