Azərbaycanda bank sektorunun cəmi aktivləri 5,6% artıb

Azərbaycanda bank sektorunun cəmi aktivləri 5,6% artıb
# 26 noyabr 2019 13:54 (UTC +04:00)

Bu ilin 31 oktyabr tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31 368,2 mln. manat, cəmi öhdəlikləri isə 26 634,2 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4 734,0 mln. manat olub.

APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə cəmi aktivlər 5,6%, cəmi öhdəliklər 4,4%, balans kapitalı isə 13,5% artıb.

Oktyabr ayına sektorun aktivlərinin 44,9%-ni kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1,5% (202.8 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 14 075,0 mln. manat təşkil edib.

Cari ilin oktyabr ayında fiziki şəxslərin əmanətləri 8 697,6 mln. manat təşkil edib. Oktyabr ayında fiziki şəxslərin əmanət portfeli 2,4% (206,3 mln. manat) artıb. Artım əsasən tələbli depozitlər hesabına baş verib. Belə ki, ay ərzində tələbli depozitlər 5,5% (165,1 mln. manat) artıb.

Hüquqi şəxslərin cəmi depozitləri avqust ayında 2% (234,7 mln. manat) azalaraq 11 336,7 mln. manat təşkil edib. Ay ərzində hüquqi şəxslərin müddətli depozitləri 5,6% (152 mln. manat) azalaraq 2 548,6 mln. manat olub.

Qeyd edək ki, hüquqi şəxslərin cəmi depozitləri ilin əvvəli ilə müqayisədə 9,9% (1 025,2 mln. manat) artıb.

Sektorun balans kapitalı oktyabr ayı ərzində 1% (45,5 mln. manat) artaraq 4 734,0 mln. manat təşkil edib.

Ötən ay bankların əməliyyat mənfəəti 723,6 mln. manat, xalis mənfəəti isə 572,9 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10,2%, kreditlər üzrə faiz gəlirləri isə 14,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR