Samir Şərifov: “Büdcədə investisiya layihələri üçün böyük məbləğ nəzərdə tutulub”

Samir Şərifov: “Büdcədə investisiya layihələri üçün böyük məbləğ nəzərdə tutulub”
# 25 noyabr 2019 13:13 (UTC +04:00)

“2020-ci ildə də dövlət büdcəsində investisiya layihələri üzrə kifayət qədər böyük məbləğ nəzərdə tutulub”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deputatların təklifini cavablandıran maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, əvvəlki illərdəki kimi bu layihələrin də, o cümlədən, millət vəkilləri tərəfindən qaldırılan məsələlərin nəzərdən keçirilməsi nəticəsində müəyyən vəsaitlərin ayrılması təhlil oluna bilər: “Sosialyünömlü layihələrin həyata keçirilməsi növbəti ilin investisiya layihələrində də öz əksini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR