AccessBank-dan biznesin inkişafı üçün – birlikdə həll edərik!

AccessBank-dan biznesin inkişafı üçün – birlikdə həll edərik!
# 20 iyun 2023 15:08 (UTC +04:00)

Overdraft müvəqqəti olaraq vəsaitə ehtiyacı olan orta və böyük sahibkarlar - şirkətlər üçün qısamüddətli kredit məhsuludur. Bu məhsulun köməyi ilə AccessBank-ın biznes müştəriləri cari hesabdakı vəsaitdən (müştərinin öz vəsaitindən daha çox) daha artıq məbləğlərdə maliyyə əməliyyatları apara bilirlər. Overdraft limiti müştərinin hesabları üzrə dövriyyəsindən asılı olaraq razılaşdırılır və 12 aya qədər müddətinə təqdim olunur.

Overdraft-ın üstünlükləri:

  • 12 ayadək müddət ərzində açıq xətt – istənilən zaman istifadə etmək imkanı (banka gəlmədən)
  • İstifadə edilmədikdə heç bir faizin ödənilməməsi (yalnız istifadə edilmiş məbləğə faizlərin hesablanması)
  • 200.000 AZN-ə qədər məbləğin girovsuz verilməsi
  • illik 12%-dən başlayan faiz dərəcələri
  • borcun avtomatik silinməsi və Overdraft limitindən təkrar istifadə
  • qeydiyyatın operativliyi və tələb olunan sənədlərin minimallığı

Overdraft haqqında əlavə məlumat almaq üçün Bankın 151 Əlaqə mərkəzinə zəng edə, və ya 055 440 01 51 whatsapp nömrəsinə yaza bilərsiniz.

Banka gəlmədən Overdraft əldə etmək üçün:

https://www.accessbank.az/az/online-loan-request/?type=business

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR