Azərbaycanda pul kütləsi azalıb

Azərbaycanda pul kütləsi azalıb
# 08 may 2017 15:42 (UTC +04:00)

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2017-ci il aprelin 1-nə 19 902,9 mln. manat, təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 732,2 mln. manat və ya 3,55% azdır.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda fevral ayı ilə müqayisədə 2017-ci ilin mart ayında geniş mənada pul kütləsi 248,3 mln. manat və ya 1,23% azalıb.

 

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 77,6 mln. manat və ya 27,1% artaraq 2017-ci il aprelin 1-nə 10,982 mlrd. təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR