Almaniyada inflyasiya 1993-cü ildən bəri ilk dəfə 4%-i keçib

Almaniyada inflyasiya 1993-cü ildən bəri ilk dəfə 4%-i keçib
# 30 sentyabr 2021 17:12 (UTC +04:00)

Almaniyada sentyabr ayında inflyasiya səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% təşkil edib.

Bu barədə "APA-Economics" Almaniyanın Federal Statistika İdarəsinə istinadən xəbər verir.

DPA agentliyinin müəyyən etdiyi kimi, bu, son 28 ilin ən yüksək göstəricisidir. Sonuncu dəfə inflyasiya 4% həddini 1993-cü ilin dekabr ayında keçib.

"2021-ci ilin iyul ayından etibarən müşahidə edilən yüksək inflyasiya dərəcələrinin 2020-ci ildə qiymət enişinin əsas təsiri də daxil olmaqla bir sıra səbəbi var. Xüsusilə, ƏDV dərəcələrinin müvəqqəti azalması və neft məhsullarının ucuzlaşması tempi artırıb", - statistika idarəsindən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR