AMB: Bu ilin doqquz ayında CƏH-in profisiti 6,7 mlrd. dollar təşkil edib

AMB: Bu ilin doqquz  ayında CƏH-in profisiti 6,7 mlrd. dollar təşkil edib
# 15 dekabr 2023 10:17 (UTC +04:00)

2023-ci ilin üçüncü rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 6,7 milyard dollar təşkil edib.
"APA-Economics" xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,6 dəfə azdır.

Qeyd edək ki, 2022-ci ilin üçüncü rübündə CƏH-in profisiti 17,7 milyard dollar təşkil edib.
Cari əməliyyatlar hesabının ÜDM-də payı 12,5 %-ni təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 30,7% olub.

Neft-qaz sektoru üzrə CƏH-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən 43,8% azalaraq 12,1 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri isə 44,2% artaraq 5,4 mlrd. dollar məbləğində olub.

Qeyd edilib ki, CƏH-in profisitinin azalmasına səbəb beynəlxalq bazarlarda neftin qiymətinin azalmasıdır. Belə ki, ötən il neftin qiyməti 107 dollar olduğu halda bu il 83 dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR