Gəncə. Azər Məmmədli - APA. Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. “QAZ 53” markalı su maşını “Nissan” markalı avtomobillə toqquşub.
Nəticədə “Nissan”ın sürücüsü, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Yadigar Əhmədov və sərnişin 1986-cı il təvəllüdlü Asəf Amanov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Onların vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gəncədə yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb

Hadisə
Naxçıvanda yol qəzasında bir nəfər xəsarət alıb - FOTO

Sirkə turşusundan zəhərlənən kişi xəstəxanada ölüb

Polis Siyəzəndə pişiklərin işgəncə ilə öldürülməsinə dair araşdırma aparır
