AYİB Azərbaycan üzrə investisiya portfelini artırıb

AYİB Azərbaycan üzrə investisiya portfelini artırıb
# 30 avqust 2022 13:35 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi 844 mln.avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu rəqəm bank tərəfindən təqdim edilən son göstərici (iyul) ilə müqayisədə 1,3% və ya 11 mln. avro artıb.

Bu barədə "APA-Economics"ə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 89%-ni (748 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 8%-ni (65 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (31 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 2,7% artaraq 780 mln.avro təşkil edib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 181 layihə çərçivəsində 3,655 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,8 %-i (3,175 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 11%-i özəl sektorun payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR