Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ramil Baxşıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittibamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin sübuta yetirildiyini deyib.
O, R. Baxşıyevin 15 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Proses noyabrın 10-da davam etdiriləcək.
Qeyd edək ki, R.Baxşıyev restoranda dava zamanı tanışını bıçaqla vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. R.Baxşıyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.