Bakı-APA. Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində Yəmənin paytaxtı Sənada 33 nəfər ölüb.
APA-nın “dpa” agentliyinə istinadən verdiyi məlumata görə, daha 9 nəfər xəsarət alıb.
Hava zərbələrinin Səna şəhərindəki polis məntəqəsinə endirildiyi bildirilir.
Qeyd edək ki, ötən ilin martından Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəməndə şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirir.