ABŞ-ın Merilend ştatında yaşayış kompleksinin avtomobil duracağında naməlum şəxs insanlara atəş açıb.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Ölənlər arasında yeniyetmə var. Yaralılardan birinin durumu çox ağır, digər 3 yaralının durumu isə ağırdır.
Hadisənin motivi bəlli deyil. Polis cinayətkarı axtarır.