Türkiyənin BOTAŞ şirkəti cari ilin 9 ayı ərzində 27,248 mlrd. kubmetr qaz idxal edib.
"APA-Economics" şirkətin rəsmi saytına istinadən xəbər verir ki, yanvar-sentyabr ayları ərzində şirkət ölkə daxilində 25,649 mlrd. kubmetr qaz satıb.
Hesabat dövründə BOTAŞ 511 mln. kubmetr qaz ixrac edib.
Qeyd edək ki, BOTAŞ Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsində 30%-lik paya sahibdir.