Norveçin suveren fondu III rübdə $30 mlrd. dollar gəlir əldə edib
10 oktyabr 2016 06:00 (UTC +04:00)
Bakı. Musa Əhmədov - APA-Economics. Aktivlərinin həcmi $882 mlrd. olan Norveç suveren fondu III rübü gəlirlə başa vurub. “APA-Economics” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə fondun yaydığı məlumatda deyilir.
Qeyd edilən dövrdə fond 240 mlrd. Norveç kronu və ya $29,7 mlrd. dollar həcmində gəlirlər əldə edib. Fond bundan 0,2% az gəlir gözləyirdi.
"Rüb ərzində səhmdar kapitalına ciddi investisiyalar yatırılıb ki, bu da fondun fəaliyyətinə müsbət təsir edən amillərdən biridir”, - deyə fondun icraçı direktorunun müavini Trond Qrande bildirib.
Üçüncü rübdə fonddan dövlət büdcəsinə 30 mlrd. kron transfert olunub.
Maliyyə
Bankdan kredit götürərkən hansı məqamlara diqqət edilməlidir?
16:01
16 sentyabr 2024
Rabitəbankdan nağd pul krediti üzrə qızıl kimi “Payız kampaniyası”
15:26
16 sentyabr 2024
Yelo Bank ilə əmanətindən daha çox gəlir qazan!
15:10
16 sentyabr 2024
VI çağırış Naxçıvan MR Ali Məclisi audit üzrə görülmüş işlərə dair Hesablama Palatasına məlumat təqdim etməyib
14:35
16 sentyabr 2024