Norveçin suveren fondu III rübdə $30 mlrd. dollar gəlir əldə edib

Norveçin suveren fondu III rübdə $30 mlrd. dollar gəlir əldə edib
# 10 oktyabr 2016 06:00 (UTC +04:00)
Bakı. Musa Əhmədov - APA-Economics. Aktivlərinin həcmi $882 mlrd. olan Norveç suveren fondu III rübü gəlirlə başa vurub. APA-Economics” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə fondun yaydığı məlumatda deyilir.
Qeyd edilən dövrdə fond 240 mlrd. Norveç kronu və ya $29,7 mlrd. dollar həcmində gəlirlər əldə edib. Fond bundan 0,2% az gəlir gözləyirdi.
"Rüb ərzində səhmdar kapitalına ciddi investisiyalar yatırılıb ki, bu da fondun fəaliyyətinə müsbət təsir edən amillərdən biridir”, - deyə fondun icraçı direktorunun müavini Trond Qrande bildirib.
Üçüncü rübdə fonddan dövlət büdcəsinə 30 mlrd. kron transfert olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR