Fransalı heykəltəraş-rəssam: “Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılmasına çalışıram”

Fransalı heykəltəraş-rəssam: “Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılmasına çalışıram”
# 26 fevral 2016 09:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Məni Xocalı hadisələri barədə Fransanın Azərbaycandakı səfirliyində çalışan qardaşım məlumatlandırıb və mənə Xocalı mövzusunu dərindən öyrənməyi, dünya ictimaiyyətinə çatdırmağı tövsiyə edib”.


APA-nın məlumatına görə, bunu Xocalı soyqırımına həsr edilmiş “Bəyaz əsər” kompozisiyasının və azərbaycanlıların soyqırımı ilə bağlı 70 əsərin müəllifi olan fransalı heykəltəraş-rəssam Reno Vansan Balsanjen bildirib.

Azərbaycana səfərləri zamanı Xocalı soyqırımı barədə ətraflı məlumat topladığını nəzərə çatdıran R. V. Balsanjen qeyd edib ki, kompozisiya Xocalıda soyqırıma məruz qalan insanları, vətənini qoruyan qəhrəmanları təcəssüm etdirir: “Fransada çox az insanın Xocalı soyqırımı barədə məlumatı var. Mənim bu əsərlərimdən sonra Xocalı soyqırımı ilə maraqlanan və bu barədə məlumat toplayan insanların sayı artır. Mənim Xocalı soyqırımı ilə bağlı əsərlərim Fransadakı sərgidə nümayiş etdirilib. ABŞ-da jurnallarda, qəzetlərdə bu əsərlər barədə məlumatlar verilib. Mən Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına çalışıram”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR