Bakıda avtomobil velosipedçini vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 30-da Xəzər rayonunun Xaşaxuna qəsəbəsi ərazisində Bakı şəhər sakini Mübariz Seyidov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən paytaxt sakini Elman İmranovu vurub. Xəstəxanaya yerləşdirilən E.İmranov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.