Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Azərbaycan Dəmir Yolları” QSC-nin reytinqini geri çağırıb.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə “Fitch”in yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, agentliyin reytinqi “Azərbaycan Dəmir Yolları” QSC-nin öz istəyi ilə geri çağırıb. Belə ki, QSC reytinqin dayandırılmasını istəyib. Buna görə agentlik bundan sonra QSC ilə bağlı reytinq və analitik informasiya hazırlamayacaq.