Rio-2016: Olimpiya mükafatçısı qarət olunub

Rio-2016: Olimpiya mükafatçısı qarət olunub
# 11 avqust 2016 12:48 (UTC +04:00)

Bakı – APA. Xoşagəlməz hadisələri ilə diqqət çəkən Rio-2016-da daha bir cinayət baş verib. Apasport.az saytının məlumatına görə, bu dəfə hadisələrin qurbanı Rusiya millisinin sabiq üzgüçüsü Yevgeni Korotışkin olub.

3 qat dünya, 7 qat Avropa çempionu silahlı şəxslər tərəfindən qarət olunub. London-2012-nin gümüş mükafatçısı onu Braziliyaya yollanmağa da peşman edən hadisə barədə sosial şəbəkədə məlumat yayıb.

33 yaşlı Yevgeni qeyd edib ki, İpanema çimərliyi yaxınlığındakı “Astor” restoranına yollanarkən yolda qarətçilərlə üzləşib. O bildirib ki cibində olanların hamısını verməsi sayəsində hadisə yerindən sağ-salamat ayrılıb.

Qeyd edək ki, Korotışkin idmançı karyerasını başa vurduğunu 4 ay öncə açıqlayıb. Hazırda Moskva şəhəri üzgüçülük federasiyasının prezidenti olan veteran idmançı həm də Rusiya suyatullanma federasiyasının vitse-prezidentidi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR