Hindistan səfiri Lənkəranda olub

Hindistan səfiri Lənkəranda olub
# 10 fevral 2016 13:46 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rana Lənkəranda tanışlıq səfərində olub. APA-nın cənub bürosunun məlumatına görə, fevralın 10-da səfir Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Asəf İsgəndərovla görüşüb. Görüş zamanı səfirə LDU-nin fəaliyyəti barədə məlumat verilib, həmçinin təhsil, müəllim-tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra diplomatı Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov qəbul edib. Qəbul zamanı icra başçısı qonağa rayonun təbii-coğrafi mövqeyi, tarixi, iqtisadiyyatı və mədəniyyəti barədə məlumatlar verərək, Azərbaycan-Hindistan dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində Lənkəranla dost ölkə arasında iqtisadi-mədəni əlaqələrin və əməkdaşlığın qurulmasında, xüsusilə kənd təsərrüfatının çayçılıq bölməsinin inkişafı ilə bağlı təcrübə mübadiləsində maraqlı olduğunu bildirib.

Qəbula görə İH başçısına minnətdarlığını bildirən Sancay Rana qarşılıqlı olaraq bu fikirləri dəstəklədiyini, səfir olaraq ikitərəfli əlaqələrin qurulmasında bütün imkanlardan istifadə edəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR