Dilçilik İnstitutunun “qaynar xətt”inin nömrəsi dəyişib

Dilçilik İnstitutunun “qaynar xətt”inin nömrəsi dəyişib
# 17 fevral 2016 10:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. AMEA Nəsimi adına Dilçilik İnstitutunun “qaynar xətt”inin nömrəsi dəyişib. İnstitutunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “qaynar xətt” üçün 1657 nömrəsini ayırıb.

“Qaynar xətt” 24 saat fasiləsiz fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu həftə test rejimində fəaliyyətə başlayan “qaynar xətt” üçün 538 06 37 nömrəsi seçilmişdi.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramında Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə “qaynar xətt” yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR