Kirbi: "ABŞ Rusiyaya güzəştə getmir"

Kirbi: "ABŞ Rusiyaya güzəştə getmir"
# 05 mart 2016 08:20 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ Suriya məsələsində Rusiyaya güzəşt etmir.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Suriya müxalifətinin liderlərindən olan Riyad Hicabın ABŞ-ın Suriya ilə bağlı Rusiyaya güzəştə getməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

C. Kirbi bildirib ki, ABŞ Suriyada vətəndaş müharibəsinə son qoymaq üçün Rusiya ilə birgə iş aparır: “Bizim müxtəlif faktorlara görə Rusiya ilə fikir ayrılıqlarımız olub və yəqin ki, davam edəcək”.

C. Kirbi qeyd edib ki, Rusiya Suriya üzrə beynəlxalq dəstək qrupunda aparıcı rola sahibdir və hərbi əməliyyatların dayandırılmasında fəal iştriak edib: “Hadisələrə ABŞ-ın Rusiyaya münasibətdə güzəştli siyasət yeritməsi kimi xarakteristika vermək, fikrimcə, qeyri-dəqiq yanaşmadır və bu iradlarla qətiyyən razı deyiləm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR