“Aqroliziniq” ASC kənd təsərrüfatı texnikalarının sığortalanması məqsədi ilə tender elan edib.
ASC-dən “APA-Economics”ə verilən məlumata görə, traktorlar və özüyeriyən kənd texnikalarının sığortalanmasının satınalınması tenderində iştirak etmək istəyənlər öz təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etməlidir.
Maraqlananlar əsas şərtlər toplusunu 500 manat məbləğində iştirak haqqını ödədikdən sonra əldə edə biləcək.
İddiaçılar tenderdə iştirak etmək üçün 06 iyun 2017-ci il tarixinə kimi tenderdə iştirak etmək üçün yazılı müraciəti, iştirak haqqının ödənilməsi barədə sənədi, iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışını, iddiaçının vergilər üzrə borcunun olmaması barədə vergi orqanları tərəfindən təsdiq olunmuş sənədi, iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə, rekvizitləri və maddi-texniki bazası barədə məlumatı təqdim etməlidirlər.
Tender təklifi və bank təminatı möhürlənmiş bağlı zərflərdə 14 iyun 2017-ci il saat 17:00- a qədər təqdim olunmalıdır. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı verilməlidir.
Bağlı zərflər 16 iyun 2017-ci il tarixdə saat 15:00-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə açılacaq.